CÜMƏ GÜNÜ İLƏ ƏLAQƏLİ HƏDİSLƏR

0

Möminlərin bayram günü olan cümə, günlərin ən xeyirlisi və ən şərəflisidir. Cümə günü qılınan namazların, edilən duaların möminlər üçün ayrı yeri var. Peyğəmbər (s.ə.s) belə buyurur:

“Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman qul namazda həmin saatda Allahdan bir şey istəyərsə, şübhəsiz, Allah ona istədiyini verər.” Əli ilə işarə edərək bu vaxtın qısa olduğunu göstərdi.” (Buxari Deavat, 61).

Peyğambərimiz cümə gününün əhəmiyəti haqqında hədislərdə belə buyurur:

“İçərisində günəşin doğduğu ən xeyirli gün Cümə günüdür! Adəm o gündə yaradıldı, o gündə cənnətə qoyuldu, o gündə oradan çıxarıldı və o gündə qiyamət qopacaqdır! O gündə elə bir saat var ki, müsəlman bir qul o saatda Allahdan xeyirli bir şey istəyərsə, Allah onun istəyini verər.”  (Müslim Cümə, 18)

Kim cümə günü qüsl edib bacardığı qədər hər cür təmizlik edər, saç və saqqalına yağ vurub darayar (saç və saqqalını səliqəyə salar) və ya gözəl ətir vurar, sonra evdən çıxıb məscidə gedər, orada yanaşı oturan iki mömini narahat etmədən oturar, daha sonra Allahın (c.c.) buyurduğu qədər namaz qılar və ardınca da xütbəyə başlayan imama diqqətlə qulaq asarsa, həmin adamın o cümə ilə növbəti cümə arasında olan kiçik günahları bağışlanar.” (Buxari Cümə, 6)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“GENERALIMIZ VƏ DİGƏR ƏMƏKDAŞLARIMIZ AZƏRBAYCANA GETMƏYƏ HAZIRDIR”

“Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir. Generalımız və digər əməkdaşlarımız ora getməyə...

Bağla