CÜMƏ GÜNÜNÜZ MÜBARƏK OLSUN

0

Cuma hər müsəlman üçün bayram olaraq qəbul edilən, mübarək vaxt və gündür.

Allah Qurani-kərimdə belə buyurur:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!” (Cuma, 9,10)

Peyğambər (s.ə.s) belə buyurdu:

“Üstünə günəş doğan ən xeyirli gün cümə günüdür. Adəm o gün yaradıldı, o gün cənnətə qoyuldu və yenə o gün cənnətdən çıxarıldı” (Müslim, Cuma 17, 18. Tirmizi, Cuma 1, 2; Nəsai, Cuma 4, 45)

“Hər kim cümə günü qüsl alar, əlindən gəldiyi qədər təmizlənər, ya öz xüsusi qoxusundan və ya evində olan gözəl qoxudan sürtər, evindən çıxar, iki adamın arasına girməz, sonra fərz olan namazı qılar, imam xütbə oxuyarkən susub onu dinləyərsə, o cümə ilə o biri cümə arasındakı günahları bağışlanar.”  (Buxari, Cuma 6, 19)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CÜMƏ GÜNÜ EDİLƏCƏK SÜNNƏLƏR

Bağla