Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsinə başlanıldı – FOTO

0

Rusiya Federasiyası Silahlı Qüvvələrinin istehkamçıları Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasına daxil olan ərazinin minalardan təmizlənməsinə başlayıb.

“RİA Novosti” bununla bağlı kadrları yayımlayıb.

Qeyd edək ki, bundan əvvəl RF Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərinin bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa gəldikləri bildirilmişdi.

Həmçinin, o da vurğulanmışdı ki, mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Avropa Şurasının Baş katibi Ceyhun Bayramovun Qarabağla bağlı müraciətini cavablandırdı

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş...

Bağla