DANİMARKA İSLAM MƏRKƏZİNDƏ YANĞIN BAŞ VERİB

0

Danimarkanın paytaxtı Kopenhagendə “Danimarka İslam Mərkəzi”nin (Dansk İslamisk Center) və bu mərkəzə bağlı fəaliyyət göstərən məscidin yerləşdiyi binada yanğın baş verib. Hələlik səbəbi bilinməyən yanğının gecə saatlarında baş verməsi insan tələfatının qarşısını alıb. Yanğın nəticəsində binada olan bürolar və məscid istifadəyə yararsız hala düşüb.

Faktla bağlı təhqiqata başlayan polis yanğının səbəblərinin hələlik bilinmədiyini, qəsdən törədilməsi ehtimalının araşdırıldığını deyib.

“Ümumdünya Müsəlman Alimlər Şurası” məsələ barədə bəyanat yayaraq, bu yanğını terror hadisəsi kimi dəyərləndirdiklərini ifadə edib.

Şuranın baş katibi Əli Mühyiddin əl-Qaradaği, dünyadakı kovid-19 təhlükəsinə baxmayaraq bəzi düşüncələrin bütün viruslardan daha təhlükəli olduğunu deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏDR SURƏSİ

Qədr surəsi Məkkədə nazil olub, 5 ayədən ibarətdir. Qurani-Kərimin enməyə başlamasından və Qədr gecəsinin digər gün və aylardan  daha üstün...

Bağla