DİN: “AZƏRBAYCANDA MƏHƏRRƏM AYI MƏRASİMLƏRİ KEÇİRİLMƏYƏCƏK”

0

Azəraycan respublikası Daxili İşlər Nazirliyi (DİN) hicri-qəməri təqvimlə Məhərrəm ayının başlaması və yaxınlaşan Aşura günü ilə əlaqədar vətəndaşlara müraciət edib.

İslamveirfan.com xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir:

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılıb. İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək və tətbiq olunan məhdudiyyətlərin məqsədinin yalnız əhalinin sağlamlığını qorumaq olduğunu bir daha vurğulayaraq vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV: “BİZİ İLK VƏ BİRMƏNALI DƏSTƏKLƏYƏN ÖLKƏ TÜRKİYƏ OLMUŞDUR”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin...

Bağla