DİN XADİMLƏRİ ŞUŞADA YUXARI GÖVHƏRAĞA MƏSCİDİNDƏ NAMAZ QILIBLAR

0

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri davam edir. Səfər iştirakçıları Yuxarı Gövhərağa məscidini ziyarət edib, Sübh namazı qılıb, dualar oxuyublar.

Qeyd edək ki, səfərdə Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Rus Pravoslav kilsəsinin nümayəndələri və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvləri iştirak edirlər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA DİNİ KONFESSİYA RƏHBƏRLƏRİ ŞUŞAYA GEDİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Şuşaya səfəri davam edir. Səfərdə Azərbaycandakı Dağ...

Bağla