DİN XADİMLƏRİNƏ YASLARDA VƏ EHSAN SÜFRƏLƏRİNDƏ İŞTİRAK ETMƏMƏK TÖVSİYƏ OLUNUB

0

“Hələ Nazirlər Kabineti yanında Operativ Qərargah yas mərasimləri ilə bağlı qərar verməmişdən öncə QMİ, bu ilin mart ayının 5-də ölkədə bu məsələ ilə bağlı fikirini açıqlamışdır.”

İslamveirfan.com xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Şəmkirin Aşağı Seyfəli kəndində karantin rejimi pozularaq keçirilmiş yas mərasimində din xadimi kimi Baxtiyar Vəliyevin saxlanılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki Dövlət Komitəsi həmin şəxslə bağlı araşdırma aparmış, məlum olmuşdur ki, Bəxtiyar Vəliyev Şəmkir rayonu Yeni Həyat kəndində fərdi qaydada mollalıqla məşğul olur:

“Yəni o, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər hansısa dini vəzifəyə təyin edilməmişdir. Ümumiyyətlə, bildirməliyəm ki, belə hadisələrin baş verməməsi üçün Dövlət Komitəsi QMİ və Rayon İcra Hakimiyyəti başçıları yanında fəaliyyət göstərən dini komissiyalarla müzakirələr aparır və maarifləndirmədirici tədbirlər həyata keçirir. Eyni zamanda, bu məsələ QMİ-nin də diqqət mərkəzindədir.

Din xadimlərinə yas mərasimlərində və ehsan süfrələrində iştirak etməmək tövsiyə olunmuşdur. Bundan sonra da QMİ tərəfindən bir neçə dəfə oxşar bəyanat verilmişdir. Dövlət Komitəsində olan məlumatlara görə, rəsmi din xadimləri karantin rejimi qaydalarına riayət edirlər. Lakin təəssüflər olsun ki, belə qeyri-rəsmi şəxslər bunu fürsət bilib, şəxsi mənfəətləri üçün din xadimi adına yaraşmayan hərəkətlərə yol verirlər. Koronavirisun yayıldığı yerlərdən də birinin yas mərasimləri olduğu bilə-bilə insanların sağlamlığı təhlükə altında qoyurlar”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSVEÇDƏ UYĞUR TÜRKLƏRİNƏ DƏSTƏK AKSİYASI KEÇİRİLİB

İsveçdə yaşayan Uyğu türkləri, Çinin uyğurlara göstərdiyi təzyiq və zülümlərə qarşı etiraz aksiyası keçirib. Paytaxt Stokholmda Çin səfirliyinin qarşısında toplaşan...

Bağla