DİN XADİMLƏRİNİN MÜHARİBƏDƏ GÖRDÜYÜ İŞLƏRLƏ BAĞLI KİTAB HAZIRLANACAQ

0

“Vətən müharibəsində din xadimlərinin gördüyü işlərlə bağlı kitab hazırlanacaq”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İdarəyə çox sayda xaricdən tanınmış din xadimlərinin məktubları ünvanlanır: “Din xadimlərimiz 44 günlük müddətdə Allah yolunda gecə-gündüz işlədilər. Proses o qədər çətin idi ki, bu barədə danışmaqla olmaz. Şəhid olanların dəfn məsələsinə həssaslıqla yanaşdılar. Xüsusi qrup yaradılmışdı və hər bir şəhid barədə məlumatımız olurdu. Şəhidin ailəsinin xəbəri olmadığı vaxtda belə din xadimimiz evə gedərək anaya təsəlli olur. Çünki həmin an ana üçün çox çətin zaman idi. Ana ilə birlikdə ağlamalı olurlar. 2 200 şəhidin dəfnində din xadimlərimiz iştirak edib. Vətən müharibəsi dövründə din xadimlərimiz digər dinlərdən olan həmkarları ilə çiyin-çiyinə mübarizə aparıblar”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“DAĞIDILAN 64 MƏSCİD BƏRPA OLUNACAQ VƏ ORADAN AZAN SƏSİ GƏLƏCƏK”

“Heyfislənirəm ki, Azərbaycandan olan bəzi insanlar torpaqlarımızın azadlığına o qədər də sevinmirlər. Bəlkə də, onlar hətta məğlubiyyət istəyirdilər. Arzu edərdim...

Bağla