Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib 

0

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri mayın 10-da  Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Anadan olmasının 103-cü ildönümü qeyd edilən Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub, Uca Allahdan rəhmət dilənib.

Din xadimləri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, xatirəsini əziz tutaraq ruhuna dualar oxuyublar. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dövlət Komitəsinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Dini Qurumlarla İş üzrə...

Bağla