DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ OĞUZDA KONFRANS KEÇİRİB

0

Oğuz rayonunda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı” adlı konfrans keçirilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, konfrans Oğuz rayon Mədəniyyət Mərkəzində baş tutub.

Konfransdan öncə “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunub.

Konfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, həmçinin müsəlman dini icmaların üzvləri, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Azərbaycan Respublikası Katolik kilsəsinin təmsilçiləri, Alban-Udi xristian, Oğuz şəhər Yəhudi, Bakı şəhəri “Alov”, Qax rayonu “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav, Sumqayıt şəhəri “Molokan ruhani-xristian”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmalarının və Azərbaycan Bəhailər Dini Mərkəzinin sədrləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin, dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Oğuz rayonudur. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HİKMƏT HACIYEV: “TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRDƏ SON HƏDD YOXDUR”

“Türkiyə-Azərbaycan münasibətlərində son hədd deyilən bir şey yoxdur. Bizim hədəfimizin son həddi ola bilməz”. Bunları Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının...

Bağla