“DOST VƏ QARDAŞ AZƏRBAYCANLA BİRGƏ İŞƏ BÖYÜK ƏHƏMİYYƏT VERİRİK”

0

“Dost və qardaş ölkə Azərbaycanla ailə, qadın və uşaq sahəsində birgə işə böyük əhəmiyyət veririk”.

Bunu Türkiyənin ailə və sosial xidmətlər naziri xanım Mahinur Özdemir Göktaş deyib.

“Bir-birinin sevinci ilə sevinən, dərdinə kədərlənən bir millət, iki dövlət, qardaşıq. Möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasında münasibətlər dünyada bənzəri olmayan müstəsna mövqedədir. Bu elə bir qardaşlıqdır ki, yaxşı gündə də, pis gündə də, sevincdə də, kədərdə də bir yerdəyik. Allah bu qardaşlığımızı əbədi etsin”, – Mahinur Özdemir Göktaş vurğulayıb.

“Dost və qardaş ölkə Azərbaycanla ailə, qadın və uşaq sahəsində birgə işə böyük əhəmiyyət veririk. İki ölkə arasında ailə, qadın və uşaq siyasətləri sahəsində imzalanmış və 2023-2025-ci illəri əhatə edən əməkdaşlıq protokoluna uyğun olaraq birgə təlim, seminar və konfranslar təşkil etmişik və buna davam edirik”, – Mahinur Özdemir Göktaş diqqətə çatdırıb.

Nazir vurğulayıb ki, ailə, qadın və uşaq məsələləridə ölkəsinin sıx münasibətdə olduğu Azərbaycanla əməkdaşlıq davam edəcək.

Qeyd edək ki, oktyabrın 19-da Bakıda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında 2024-2025-ci illər üzrə Fəaliyyət Planı imzalanıb. Sonra Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN NÜMAYƏNDƏ HEYƏTİ ŞUŞADA OLUB

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa...

Bağla