Dövlət Bağçalı: Ermənistan ağıllı davransa, Zəngəzur dəhlizi onun üçün imkan qapısına çevrilə bilər

0

Ermənistan ağıllı davranaraq səmimi şəkildə regional əməkdaşlıq platformasına qoşularsa, Turan dəhlizi (Zəngəzur dəhlizi – red.) onun iqtisadi təcriddən çıxışı üçün imkan qapısına çevrilə bilər.

“Report” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı partiyasının parlament qrup toplantısında deyib.

Onun sözlərinə görə, Ermənistan yeni reallıqları nəzərə almasa və keçmişdən qalan xəyallardan əl çəkməsə, gələcəyi üçün yaranan imkanlardan məhrum olacaq.

D.Bağçalı bildirib ki, Ermənistan ya köhnə işğal təfəkkürü və diaspor çevrələrinin revanşist arzularının ardınca sürüklənəcək, ya da bölgədə yaranmış yeni reallığı qəbul edərək davamlı sülhü seçəcək:

“Bölgədəki yeni reallıq bəllidir: Qarabağ Azərbaycandır. Bu həqiqət həm döyüş meydanında qan bahasına, həm də danışıqlar masasında hüquqi müstəvidə təsdiqlənib. Köhnə işğal düşüncəsini yeni formalarda yaşatmaq yolları artıq bağlıdır. Normallaşma prosesinin müsbət nəticələnməsi yalnız Türkiyə və Azərbaycana qarşı tarixi düşmənçilik ritorikasından imtina edilməsi, bölgənin yeni reallıqlarının qəbul olunması, ədalət və əməkdaşlıq prinsiplərinə hörmət göstərilməsi ilə mümkündür. Azərbaycanın nailiyyətlərini zəiflədən, türk dünyasının qarşısında maneələr yaradan, ilhamını sovet dövrünün qalıqlarından alan heç bir formul uzunömürlü ola bilməz”.

MHP lideri Zəngəzur dəhlizini Türkiyəni Azərbaycan vasitəsilə Türküstanla (Mərkəzi Asiya – red.) birləşdirəcək tarixi keçid kimi qiymətləndirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq

Azərbaycanda iyunun 17-də havanın 35 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında...

Bağla