“Dövlət-din münasibətlərinin tənzimlənməsində müsbət nəticələr gözləyirik”

0

Dövlət-din münasibətlərinin tənzimlənməsində müsbət nəticələr gözlənilir.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda tışkil olunan “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfransı çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, komitənin təşkil etdiyi bu silsilə tədbirlərin məqsədi ölkədə dini maarifləndirmənin gücləndirilməsidir:

“”Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bölgələrdə təşkil etdiyi tədbirlərin məqsədi dini maarifləndirmə, eyni zamanda, dini radikalizmlə mübarizə, zərərli təsirlərin aradan qaldırılması, məzhəbçilklə mübarizə, dövlət-dini münasibətlərinin tənzimlənməsi istiqamətində fəaliyyət göstərən aidiyyatı qurumların birgə işinin daha da təkmilləşdirilməsidir. Bu tədbirlərdə konkret bölgələrdən olan din xadimləri, dini icmaların üzvləri, ağsaqqallar, bu sahədə fəaliyyət göstərən qurumların nümayəndələri aktiv iştirak edirlər. Bu cür tədbirlərin nəticəsi olaraq, dövlət-din münasibətlərinin tənzimlənməsində müsbət nəticələr gözləyirik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Türkiyənin XİN rəhbərləri Ankarada toplanacaklar

Səudiyyə Ərəbistanı, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri Feysal bin Fərhan Əl Səud, Məhəmməd İshaq Dar, Bədr Əbülati və...

Bağla