“DİNİ VƏZİFƏLƏRƏ TƏYİNATDA MİLLİ KADRLARA ÜSTÜNLÜK VERİLİR”

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xaricdə dini təhsil almış din xadimlərinin Azərbaycanda müxtəlif dini vəzifələrdə çalışması məsələsinə münasibət bildirib.

Bu barədə jurnalistlərə açıqlama verən Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib ki, qanuna əsasən, milli kadrlara üstünlük verilir.

“Eyni zamanda, qanunda xaricdə dini təhsil almış şəxslərin din xadimi kimi fəaliyyət göstərməsinə müəyyən məhdudiyyət var. Ancaq istisna hallarda xüsusi yoxlamadan keçdikdən sonra müsbət rəy olduğu halda, onları din xadimi kimi təyin edirik. Bundan sonra da biz sağlam düşüncəli, yəni, təsirlərə məruz qalmayanlardan istifadə etməyi planlaşdırırıq”, – Səyavuş Heydərov əlavə edib.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALLAHŞÜKÜR PAŞAZADƏ: “HƏR ZAMAN OLDUĞU KIMI TÜRKIYƏNIN YANINDAYIQ”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Diyanət İşləri Başkanı Əli Erbaşa başsağlığı verib. Başsağlığında deyilir: "Qardaş Türkiyənin...

Bağla