DQİDK MÜSAHİBƏDƏ İŞTİRAK EDƏ BİLMƏYƏNLƏRƏ MÜRACİƏT EDİB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə vakant yerlərin tutulması üzrə müsahibədə üzürlü səbəbdən iştirak etməyənlərə müraciət edib.

Qurumdan bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 2 avqust 2022-ci ildən başlayan müsahibədə üzrlü səbəbdən iştirak edə bilməyən namizədlər müsahibədə iştirak etmək üçün 13 avqust 2022-ci il tarixində saat 12:00-da Azərbaycan İlahiyyat İnstitutunda (Bakı şəhəri, Məhəmməd Naxçıvani, 29) olmalıdırlar.

Əks təqdirdə onlar müsahibədə iştirak etməmiş hesab olunacaqlar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“XOCALI CƏLLADI” KİMİ TANINAN ERMƏNİ GENERAL ÖLDÜ

Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb. Bu barədə “Report” erməni mətbuatına istinadən xəbər verir....

Bağla