DUANIN ƏHƏMİYYƏTİ NƏDİR?

0

Dua, ərəb dilindən tərcümədə çağırmaq, səslənmək, istəmək və yardım tələb etmək mənalarına gəlir. Dini terimdə isə “insanın səmimiyət ilə Allaha yönəlməsi, maddi və mənəvi istəkləri üçün ondan kömək diləməsi” mənasını daşıyır.

Qurani-kərimdə belə buyrulur:

“Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər” (Bəqərə, 186).

Mahiyyətcə dua insanın öz halını Allaha bildirərək ona niyaz etməsi və bu sayədə Allah ilə qul arasında yaranan əlaqədir.

Duanın mahiyyəti davamlı təzim (Allahı uca tutmaq) və ondan istədiyin şeyi diləməkdir. Eyni zamanda həm zikr, həm də ibadətdir.

Buna görə Hz. Peyğambər (s.ə.s) belə buyurur:

Dua ibadətin özüdür”(Tirmizi deavat, 2).

Bu səbəbələ ən vacib ibadət sayılan namaz, dua (salah) sözü ilə ifadə edilmişdir.

Qurani-kərimdə, “De: “əgər duanız (ibadətiniz) olmazsa, rəbbim sizə nə üçün dəyər versin! (ey kafirlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!” (Furqan, 77) buyrularaq insanın ancaq Allaha yönəlişi sayəsində dəyər qazanacağı buyrulmuşdur.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AVSTRİYADA QHT-LƏR VƏ DİNİ QRUPLAR MÜSƏLMANLARA DƏSTƏK VERDİ

Avstriyanın paytaxtı Vyanada düşüncə azadlığına dəstək aksiyası keçirilib. Şəhərdəki “Müqəddəs Stefan” meydanında keçirilən aksiyada QHT nümayəndələri, dini qruplar və bəzi...

Bağla