DUBAYDA YOLUN KƏNARINDA NAMAZ QILMAQ QADAĞAN EDİLDİ 

0

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yolun kənarında namaz qılmaq qadağan edildi. Buna, yolun kənarında maşınını saxlayıb qəza şəraiti yaradaraq namaz qılan şəxsin hərəkəti səbəb olub. Əbu-Dabi yol polisi qadağan edilmiş yerlərdə maşınını saxlayıb namaz qılanların 1 000 dirhəm (təxminən 460 AZN) cərimə ediləcəyinə dair rəsmi xəbərdarlıq yayıb. Şəhərin polis rəisi Salah Abdullah əl-Xumeyri isə sürücülərin məscidlərdə və s. bu kimi yerlərdə namaz qıla biləcəyini deyib.  

“Mirror” nəşri xəbər verir ki, insanların bu qadağaya reaksiyası birmənalı olmayıb. Bəzi sürücülər bildirib ki, bu qadağadan sonra yolların kənarlarında məscid sayı çoxaldılmalıdır. Çünki sürücülər, xüsusilə axşam namazında problemlə üzləşirlər. Bəzi vətəndaşlar isə, namaz üçün yolda maşın saxlamanın təhlükəli olduğunu, qadağanın yerində bir qərar olduğunu deyiblər.  

Qeyd edək ki, BƏƏ-də namaz vaxtı çatanda ictimai yerlərdə və magistral yolda maşınını saxlayaraq namaz qılanların sayı xeyli çoxdur.

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLMƏYİ-ŞƏHADƏT AVSTRALİYALI FANATİKLƏRİ QORXUTDU

Avstraliyanın Sidney şəhərindəki məscidlərdən birinin divarına yazılmış Kəliməi-Şəhadət və ingiliscə tərcüməsi bəzi yerlilərin narahatlığına səbəb olub. Məlumata görə, Coşua Flin...

Bağla