DÜNYA MÖMİNİN ZİNDANIDIR

0

İslam dini insandan həyatını dünya və axirət arasındakı tarazlığı qoruyaraq yaşamasını tələb edir. Bir ayədə Uca Rəbbimiz belə buyurur: Allahın sənə verdiyi ilə axirət yurduna can at. Dünyadakı nəsibini də unutma (Qəsəs, 28/77). İnsana şah damarından daha yaxın olan Rəbbimiz (Qaf, 50/16) onun meylinin əsasən dünyaya olduğunu da çox yaxşı bilir. Bu səbəblə də Uca Rəbbimiz Qurani-Kərimin bir çox ayəsində dünyanın faniliyinə diqqət çəkərək onun cazibəsinə aldanmamağı və əsas hədəfin axirət olması lazım gəldiyini bəyan etmişdir. Allah Rəsulu (s.ə.s) də insanın dünyada qərib bir yolçu kimi olmasını və əbədi yaşayacaqmı6ş kimi bir həyat tərzi mənimsəməməsini tövsiyə etmişdir. (Tirmizi, Zöhd, 25).

Dünyanın fani, axirətin isə əbədi olduğuna inanan bir mömin üçün dünya həyatının zövqləri axirətin önünə keçə bilməz. Çünki onun inandığı axirət nemətləri qarşısında dünyada sahib olduqları və ya sahib olacaqları dəryanın qarşısında bir damla qədər belə məna kəsb etmir. Bu səbəblə də onun üçün dünya axirətlə müqayisədə zindan kimidir. Lakin axirət inancı olmayan və axirət haqqında heç bir təsəvvürü özündə formalaşdırmayan bir insan dünyanın onun arzu və istəklərini təmin etmək üçün yeganə məkan olduğunu qəbul edər. Bu düşüncəyə sahib olan bir insan üçün öz hisslərini tətmin etmək başqalarının haqlarını tapdalamaq bahasına belə olsa keçərli sayılar və beləliklə tamamilə dünyaya bağlanaraq yalnız öz zövqlərinin arxasınca qaçar. Bu səbəblə də bu düşüncəyə sahib olan bir insan üçün dünya cənnət kimi görünər. Allah Rəsulu (s.ə.s) bu həqiqəti bir hədisi şərifində belə bəyan etmişdir: “Dünya möminin zindanı, kafirin isə cənnətidir” (İbn Macə, Zöhd, 3).

Nəticə olaraq insan dünyanın fani, axirətin isə əbədi olduğunu qəbul edib həyatını bu düşüncə ilə yaşamalıdır. Axirəti qazanacağam düşüncəsiylə dünyadan tamamilə əlini çəkməməli, sanki ölüm yoxmuş kimi təkcə dünya üçün yaşamamalıdır.

f.f.d Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN QAFAN-ÇAKATEN YOLUNDA DA NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSİ YARADIR – VİDEO

Azərbaycanın Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir. Yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata...

Bağla