“DÜNYA TÜRKLƏRİ ŞUŞANIN AZAD OLUNMASINI TƏNTƏNƏ İLƏ QEYD EDİRLƏR”

0

“Bu günlər Azərbaycan xalqı üçün tarixi bir gündür. Otuz ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan dövlətinin şanlı Qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir”.

Bu fikirləri İstanbul şəhərinin Baş prokuroru Şaban Yılmaz Şuşaya səfərilə bağlı təəssüratlarını bölüşərək deyib.

“Azərbaycanın son 200 illik tarixində ilk dəfə müstəqil dövlətimiz mənfur, işğalçı Ermənistan və onun ordusu üzərində şanlı qələbə qazandı. Bu Qələbə Azərbaycan xalqının gələcəyi üçün elə bir əsas yaratdı ki, bu təməl üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. Bu gün qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğaldan azad edilməsini bütün dünya türkləri tərəfindən təntənə ilə qeyd olunur”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT-in faktaraşdırıcı missiyasının azad olunan ərazilərlə bağlı hesabatı qəbul edilib

Ombudsman Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK-nın) üzvü Aydın Səfixanlı həmin Komissiyanın Səudiyyə Ərəbistanının...

Bağla