DÜNYADA QAÇQIN SAYI ARTARAQ 281 MİLYONA ÇATIB – HESABAT

0

BMT-nin hesabatına görə, dünyada 1970-ci ildə 84 milyon, 1990-cı ildə 153 milyon, 2019-cu ildə 272 milyon olan qaçqın sayı son bir ildə 9 milyon artaraq 281 milyona çatıb. Bu, dünya əhalisinin 3.6%-nə bərabərdir.  

Qaçqınların 173 milyonu Avropa (87 milyon) və Asiyada (86 milyon) yaşayır. Dünyadakı qaçqınların 61%-i bu iki qitədə yaşayır.

Ən çox qaçqının çıxdığı ölkə siyahısının başında 17.5 milyonla Hindistan qərarlaşıb. Onu 11.8 milyonla Meksika, 10.7 milyonla Çin və 10.5 milyonla Rusiya izləyir. 2011-ci ildən vətəndaş müharibəsinin yaşandığı Suriya isə 8.4 milyonla bu siyahıda 5-ci yerdədir. Daha sonra siyahıda müvafiq olaraq Banqladeş, Pakistan, Ukrayna, Filippin və Əfqanıstan ölkələri var.

Ən çox qaçqın qəbul edən ilk on ölkə; ABŞ, Almaniya, Səudiyyə Ərəbistanı, Rusiya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirliyi, Türkiyə, Hindistan və Ukraynadır.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN ABŞ-DA MÜSƏLMAN İCMASININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədəki müsəlman icmasının nümayəndələri ilə görüşüb İslamveirfan.com xəbər...

Bağla