Düşmənin zenit qurğusu sıradan çıxarılıb – VİDEO

0

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İngiltərə hökumətinin məruzəçisi Hz. Əbu Bəkrin (ra) sözlərindən sitat gətirdi

İngiltərə hökumətinin Yaxın Şərq və Şimali Afrika üzrə məruzəçisi Rozi Dayas İslam Peyğəmbərinin (SAV) ilk xəlifəsi Hz. Əbu Bəkrin (ra)...

Bağla