“EMİN SARAC TÜRK VƏ ƏRƏB ALİMLƏRİ ARASINDA ƏLAQƏ HALQASI İDİ”

0

Ümumdümya Müsəlman Alimlər Şurasının sabiq baş katibi Yusif əl-Qaradavi social şəbəkə səhifəsində bir müddət əvvəl dünyasını  dəyişən Emin Sarac barədə mesaj yazıb.

Yusif əl-Qaradavi, “Alim və mürşid şeyx Emin Saraca vida” başlıqlı mesajında, onunla “Əzhər” universitetində tələbəlik dövründən tanış olduğunu deyib.

“Emin Sarac ilə əlaqələrimiz keçmişə, 1950-ci illərdə “Əzhər” universitetində təhsil aldığımız dövrə təsadüf edir. Sarac, “Əzhər”də İslami elmlər fakultəsinin İslam hüququ kafedrasında tələbə idi. Həmin vaxt mən də “Kəlam” kafedrasında oxuyurdum.

Sonra onunla 1967-ci ildə Türkiyədə görüşdüm və əlaqələrimiz daha da qüvvətləndi. Məni çox yaxşı qarşıladı və bir çox türk alimlə tanış elədi. Bu ziyarətim vaxtı onunla “Əzhər”dəki xatirələrimizi yenilədik. Sarac, başına geyindiyi Türk fəsi ilə “Əzhər”dəki bütün tələbələrdən seçilirdi.

Emin Sarac həyatı boyu Türk və Ərəb alimləri arasındakı əlaqə zəncirinin halqası idi.”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Saracın cənazə mərisimində Qurani-Kərim oxumasını müsbət hal kimi dəyərləndirən Qaradavi mesajını belə yekunlaşdırdı:

“Bu, bir İslam ölkəsi olan Türkiyədə elm və alimlərə necə dəyər verilməsinin isbatıdır. Türkiyə, İslam və müsəlmanların mübarizəsini müdafiə edən, məzlumların sığındığı ölkə olub.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİYANƏT KOMİTƏSİ QÜDS BARƏDƏ SÜRPRİZ QƏRAR QƏBUL ETDİ

Türkiyənin rəsmi dini komitəsi olan “Diyanət” işləri başqanlığı, müsəlmanlar üçün böyük əhəmiyyəti olan Qüds barədə sürpriz qərar qəbul edib. Bu...

Bağla