ERMƏNİLƏRİN AÇDIĞI ATƏŞ NƏTİCƏSİNDƏ AZƏRBAYCAN HƏRBÇİSİ YARALANIB

0

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

İslamveirfan.com xəbər verir ki, bu barə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin  komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMDA HEYVAN HÜQUQLARI

Günümüzün problemlərindən biri də heç şübhəsiz yer üzündəki digər canlılar olan heyvanlara qarşı insanlar tərəfindən göstərilən neqativ davranışlardır. İslam dini...

Bağla