ERMƏNİSTAN SİLAHLILARI YAŞAYIŞ MƏNTƏQƏLƏRİMİZİ ATƏŞƏ TUTUB

0

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bəzi kəndlərini iriçaplı silahlarla intensive atəşə tutub. İslamveirfan.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir:

“Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir. 

13 mart tarixində 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-DAN FƏLƏSTİNLİLƏRƏ ZƏRBƏ

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin hazırladığı illik qlobal insan hüquqları hesabatında, Şərqi Qüdsdə yaşayan fələstinlilər “ərəb sakinlər” və ya...

Bağla