ERMƏNİSTAN TƏRƏFİ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

0

Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini  atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TOGG”UN SİFARİŞLƏRİ 100 MİNİ ÖTÜB

Bir həftə ərzində Türkiyənin yerli və milli elektromobil brendi olan “Togg” üçün öncədən sifarişlərin sayı 100 mini ötüb. Bu barədə...

Bağla