EVİNİN YANMAMAĞI ÜÇÜN AZAN OXUDU – VİDEO

0

Türkiyə Denizli vilayəti Merkezefendi rayonunun Göveçlik məhəlləsindəki meşəlik ərazidə yanğın baş verib. Yanğın küləyin də təsiri ilə şəhər mərkəzinə doğru irəliləməyə başlayıb. Hadisənin baş verdiyi yer dağlıq ərazi olduğu üçün yanğına, yanğınsöndürmə maşınları ilə müdaxilə etmək mümkün olmayıb.

Hadisə yerinə 3 vilayətdən anğınsöndürmə helikoteri cəlb edilib və 3 saatlıq müdaxilədən sonra yanğın nəzarətə götürülüb. Hadisə nəticəsində 5 hektar meşəlik ərazi yanaraq kül olub.

Yanğının yaşayış evlərinə doğru irəlilədiyini görən bir nəfər isə evini bədbəxt hadisədən qorumaq üçün üzü yanğına dayanaraq azan oxuyub.

Həmin anı əks etdirən video-görüntünü oxucularımıza təqdim edirik:

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ERMƏNİSTAN SİLAHLILARI TOVUZ İSTIQAMƏTİNDƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi...

Bağla