“FHN-in psixoloqları Türkiyədə zərərçəkənlərə və xilasedicilərimizə yardımlar göstərirlər”

0

“Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqları Türkiyədə xilasedicilərimizə psixoloji yardımlar göstərirlər”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib

Onun sözlərinə görə, Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən FHN-in mobil səhra hospitallarına indiyədək 1500-ə yaxın xəstə qəbul edilib:

“Eyni zamanda psixoloqlarımız da Kahramanmaraşda fəaliyyətlərini davam etdirirlər. Burada zəlzələdən əziyyət çəkən insanlara psixoloji yardımlar göstərilir. Həmçinin psixoloqlarımız xilasedicilərimizə psixoloji yardımlar göstərirlər, onlarla mütəmadi söhbətlər aparırlar”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb. Bu...

Bağla