FHN-in Türkiyəyə humanitar yardım aparmış avtomobil karvanı Bakıya yola düşüb

0

Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ilk avtomobil karvanı Bakı şəhərinə yola düşüb.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tərkibinə 14 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən yola düşüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Tayms meydanında Türkiyədə və Suriyada zəlzələdə həlak olanların xatirəsi yad edilib

Nyu-Yorkun məşhur Tayms meydanında Türkiyədə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb. "Report"un ABŞ bürosu xəbər...

Bağla