FRANSADA BAYRAM NAMAZI MƏSCİDLƏRDƏ QILINA BİLƏR

0

Fransada, qlobal pandemiyaya qarşı tədbirlər çərçivəsində yaşanan bəzi məhdudiyyətlərin yumuşaldılması ilə əlaqədar məbədlərdə kütləvi ibadətlərə izn verildi. Bu izn qərarına görə, Fransada yaşayan müsəlmanlar sabah məscidlərdə bayram namazını qıla biləcəklər.

Fransa Daxili İşlər Nazirliyinin bu istiqamətdə yaydığı bəyanatda, Dövlət Şurasının məbədlərdə toplaşma qadğasını ləğv etməsi də xatırladılıb. Bəyanatda həmçinin, bu qərarın hazırlanacaq qanun layihəsi ilə qüvvəyə minəcəyi bildirilib.  

Bəyanatda, məbədlərdə sosial məsafənin qorunmasının, gigiyena qaydalarına əməl edilməsinin, maskadan istifadə edilməsinin və girişlərdə əllərin dezinfeksiya edilməsinin məcburi olduğu vurğulanıb. Bu qaydalara riayət etməyən məbədlərin isə valilik tərəfindən qapadıla biləcəyi qeyd edilib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN XALQINI RAMAZAN BAYRAMI MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİB

Azərbaycan respublikasının prezidenti Cənab İlham Əliyev ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. İslamveihsan.com xəbər verir ki, təbrikdə deyilir:...

Bağla