“FRANSADA DÜNYƏVİLİKDƏN İSLAMI TƏCRİD ETMƏK ÜÇÜN İSTİFADƏ OLUNUR”

0

Fransanın sabiq təhsil naziri Nacat Vallaud Belkakem ölkəsində hüquqi dölət statusundan (dünyəvilik) İslam dinini təcrid etmək üçün istifadə olunduğunu deyib.

Sabiq nazir “İnter” radiosuna verdiyi müsahibədə İslam dini ilə mübarizə aparan Makron hökumətinə kəskin etirazını bildirib və president seçkilərinə bir il qalmış hökumətin keçirdiyi “dünyəvilik iclasları”nın bəzi suallar yaratdığını deyib.

“Hüquqi dövlət statusu indiki hökumət tərəfindən İslam dinini təcrid etmək üçün vasitə halına gətirilib. Hüquqi dövlət statusunun, müxtəlif dinlərə mənsub olan şəxslərə hörmətlə yanaşmaq və onlar arasında ayrı-seçkilik etməmək olduğu təbliğ edilməlidir.” – deyə sabiq nazir bildirib.

Qeyd edək ki, Nacat Vallaud Belkakem, Françis Ollandın president olduğu dövrdə Fransanın təhsil naziri olub.

Fransız eski eğitim bakanı: Laiklik, yalnızca İslam'ı dışlamak için kullanılıyor

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏDƏ İLK DƏFƏ QADINLAR TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT EDƏCƏK

Səudiyyə Ərəbistanı krallığı, ümrəyə gələn zəvvarların təhlükəsizliyini qorumaq üçün Məscidi-Haramda ilk dəfə qadınları vəzifələndirib. Bu barədə Səudiyyə Ərəbistanında fəaliyyət göstərən...

Bağla