FRANSADA İKİ ÜZLÜ DEMOKRATİYA – VƏKİLİN HİCABINI AÇDIRDILAR

0

Fransada vəkilliyə namizəd müsəlman qadın, Paris vəkillər kollegiyasının and içmə mərasimində islamofobik rəftara məruz qalıb.

Məlumata görə, vəkilliyə namizədlər üçün and içmə mərasimi keçirilib. Bu vaxt kollegiyanın əməkdaşları Sara adlı namizəddən hicabını açmağı tələb ediblər və əks təqdirdə onu mərasimin keçirildiyi zaldan çıxarmaqla hədələyiblər.

Bundan sonra başını açmayan Sara zalın arxa tərəfinə – görünməyən bir yerə getməyə məcbur edilib. Saranın bu vəziyyətə etiraz etməsi ilə başqa bir idarəçi vəkilliyə namizəddən dərhal hicabını çıxarmağı, əks təqdirdə and içə bilməyəcəyini deyib.

Saranın məruz qaldığı bu vəziyyətə zaldakı digər vəkilliyə namizədlər etiraz ediblər. Vəkilliyə namizədlərdən biri isə baş verənləri tvitter hesabında yazaraq jurnalistlərin diqqətini bu hadisəyə cəlb edib.

Jurnalistlərə açıqlama verən Sara, baş verən islamofobik hadisənin onun ləyaqətini alçaltdığını deyib.

“Gülməli olan  odur ki, məni hicabımı açmağa məcbur edənlər yarım saat sonra tribunaya çıxıb azadlıq və müstəqillik barədə nitq söylədilər. Halbuki bir az əvvəl məni hicabımı açmağa məcbur etdilər. Tamamilə riyakarlıqdır.” – deyə Sara qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜDAFİƏ NAZİRLİYİ İLƏ DQİDK ARASINDA FƏALİYYƏT PLANI İMZALANIB

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2022-ci il üçün birgə fəaliyyət planı imzalanıb. Sənədə əsasən keçiriləcək...

Bağla