FRANSADA İSLAMAFOBİYA PİK HƏDDƏ ÇATIB – MUHAMMƏD ADI…

0

Fransada 2022-ci ildə keçirilməsi planlaşdırılan president seçkisi üçün namizədlərdən birinin seçicilərə verdiyi vəd təəccüblə qarşılanıb. Prezidentliyə namizəd olması gözlənilən irqçi jurnalist Erik Zemmur seçiləcəyi təqdirdə islami adları qadağan edəcəyini deyib.

İştirak etdiyi televiziya proqramında çıxış edən Zemmur, xüsusilə yeni dünyaya gələn körpələrə müsəlman adlarının verilməsinin qarşısını alacağını ifadə edib.

“Bir fransız oğlunu Muhamməd adıyla çağırmaq hüququna malik olmayacaq. Müsəlmanların yeni dünyaya gələn uşağa Muhamməd adı qoymaqlarının qarşısını alacağıq…” – deyə irqçi jurnalist vurğulayıb.

Yeni Şafak

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ELM VƏ ŞÜCAƏT SAHİBİ HƏZRƏT ƏLİ -r.a-

Bağla