FRANSADA MƏSCİDİN QAPILARI KÜÇƏDƏ QALANLAR ÜÇÜN AÇILDI

0

Fransanın paytaxtı Paris yaxınlığında fəaliyyət göstərən “Mantes Sud” məscidinin əməkdaşları, küçədə qalanlar və əksəriyyəti qaçqın olan evsizlərə yardım etməyə başlayıb.

Bu çərçivədə məscidə aid qonaq evlərinə cəlb edilən qaçqınlara gündə üç dəfə yemək verilir.

Məscid rəhbərliyi isə, soyuq qış aylarında heç kimin küçələrdə qalmaması üçün social şəbəkədə elan verir. Yer azlığı səbəbilə məscidin bir hissəsinə yataq açan məscid heyəti, dinindən asılı olmayaraq qapılarının hər kəsə açıq olduğunu bildiriblər.

Əlavə olaraq, burada  “As-Suffa” dərnəyinin dəstəyi ilə hər axşam 1000 nəfərə pulsuz şam yeməyi verilir.   

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN XİN RƏHBƏRİ MÖVLÜD ÇAVUŞOĞLU BAKIYA SƏFƏR EDƏCƏK

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Türkiyə Xarci İşlər Nazirliyinin saytında məlumat yayılıb. Məlumatda...

Bağla