FRANSIZ KOSMANAVT MÜSƏLMANLARI BELƏ TƏBRİK ETDİ – FOTO

0

 Son vaxtlar müsəlmanların əleyhində xəbərlərin verildiyi Fransadan bu dəfə müsəlmanları məmnun edən xəbər yayılıb. Beynəlxalq kosmik stansiyada olan fransız astronovt bayram günü müsəlmanlara jest edib.

Aprelin 23-də Beynəlxalq Kosmik Stansiyaya göndərilən fransalı Tomas Peske social şəbəkədəki şəxsi səhifəsində Məkkənin və Kəbənin gecə çəkilmiş şəklini paylaşıb.

Müsəlmanların ramazan bayramını təbrik edən Peske paylaşımına ingilis və fransız dillərində bu qeydi əlavə edib:

“Bayramınız mübarək olsun. (EidMubarak). Məkkə! O qədər parlaqdır ki, göz qamaşdırır.”

Paylaşım müsəlmanlar tərəfindən rəğbətlə qarşılanıb, 90 minə yaxın bəyənilib, 30 min dəfədən çox paylaşılıb.

Fransanın Səudiyyə Ərəbistanı krallığındakı səfiri Lüdoviq Puy, “Məkkəi-Mükərrəmə kosmosdan əla görünür” qeydi ilə bu paylaşımı öz səhifəsindən paylaşıb. Səfir bu paylaşımın, krallıqda yaşayan 6 min Fransa vətəndaşını məmnun etdiyini bildirib.

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AYASOFİYADA 87 İL SONRA İLK BAYRAM NAMAZI QILINIB – VİDEO

Mayın 13-də İstanbulun Ayasofya məbədində 87 il sonra ilk bayram namazı qılınıb. COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində keçirilən ibadət mərasimində...

Bağla