FRANSIZ NAZİR: İSLAM ƏSRLƏRDİR QƏRBLƏ ƏLAQƏSİ OLAN BİR MƏDƏNİYYƏTDİR

0

Fransada ilk dəfə Luvr muzeyinin təşkilatçılığı ilə 20 noyabr – 27 mart tarixləri arasında 18 şəhərdə “İndini başa düşmək üçün keçmiş” mövzulu İslam incəsəti sərgisi baş tutacaq.

İslam dünyası və mədəniyyətinə aid əsərlərin nümayiş ediləcəyi sərginin Luvr muzeyində təqdimat mərasimi olub. Tədbirdə Fransanın mədəniyyət naziri Beçelo-Narkin, təhsil naziri Jan-Mişel Blanker, muzeyin əməkdaşları və sərgi keçiriləcək bəzi şəhərlərin bələdiyyə sədrləri iştirak ediblər.

Nazir Beçelo-Narkin, islam incəsənətini əks etdirən əsərlərin Fransada ilk dəfə Paris xaricindəki şəhərlərdə nümayiş ediləcəyini deyib.

Sərgilərin 4 milyon euroluq büdcəsinin Mədəniyyət Nazirliyi tərəfindən qarşılandığını deyən nazir, ümidvar olduğunu bildirib ki, islam mədəniyyətinə aid əsərlər fransızların islam dininə baxışlarını dəyişdirəcək.  

“İslam sadəcə bir din deyil, bu kəlmənin də ifadə etdiyi kimi böyük bir ərazini və geniş bir zamanı əhatə edən bir mədəniyyətdir.” – deyə xanım Narkin qeyd edib.

Beçelot-Narkin, islamın uzaq olmayan, əsrlərdir qərb sivilizasiyası ilə əlaqəsi olan bir mədəniyyət olduğunu vurğulayıb.  

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN XİN RƏHBƏRİ TÜRKİYƏLİ HƏMKARI İLƏ GÖRÜŞÜB

BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov...

Bağla