FUTBOL ULDUZU ORUCUNU AÇMASI ÜÇÜN OYUNDAN ÇIXARILIB

0

İngiltərənin futbol üzrə premier liqasında “Leicester City” ilə “West Bromwich” komandaları arasında qarşılaşma keçirilib.

Qarşılaşma İngiltərədə daha çox oyun vaxtı edilən oyunçu dəyişikliyi ilə gündəm olub.

Qarşılaşmanın 60-cı dəqiqəsində “Leicester City” komandasının baş məşqçisi Brendan Rodgers oyunçu Wesley Fofananı Mark Olbrayton ilə əvəz edib.

Oyunçu dəyişikliyi ölkədə əsas müzakirə mövzularından olub və baş məşqçi hadisə barədə açıqlama verməyə məcbur olub:

“Fofana oruc tutur. Oyundan çıxaraq orucunu açmağını və yemək yeməyini istədim. Oyunçuların inanclarına hörmətim var.” – deyə Brendan Rodgers bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
60 MİN NƏFƏR MƏSCİDİ-ƏQSADA CÜMƏ NAMAZI QILDI – FOTOQALAREYA

Ötən gün Qüds şəhərində yerləşən Məscidi-Əqsada ramazan ayının ikinci cümə namazı qılınıb. İsrail polis qüvvələri Köhnə şəhərin ətrafındakı yollarda avtomobillərin...

Bağla