GƏLƏN AY ÜÇÜN AZƏRBAYCANDAN ÜMRƏ ZİYARƏTİNİN TARİXLƏRİ AÇIQLANIB

0

Yanvarın 13-dən 20-nə qədər olan Ümrə ziyarəti başa çatıb.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, fevral ayında daha üç Ümrə ziyarətinin həyata keçiriləcəyi gözlənilir: “Fevral ayı üçün Ümrə ziyarətlərinin ayın 3-ü, 10-u və 17-də baş tutması nəzərdə tutulub”.

Qeyd edək ki, pandemiyadan sonra Azərbaycandan ilk zəvvar qrupu Ümrə ziyarətini 2021-ci il dekabrın 2-dən 9-na qədər həyata keçirib.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMDƏ İDARƏÇİLİKLƏ ƏLAQƏLİ PRİNSİPLƏR

Bağla