Gəncədə “Mənəvi dəyərlər” həftəsi başlayıb

0

Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gəncə Dövlət Universiteti (GDU), Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər” həftəsi keçirilir.

“Report”un Qərb bürosunun məlumatına görə, layihənin məqsədi dini-ideoloji sahədə təhsil alan gənclərin dünyəvi düşüncə tərzini, Azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə bağlılığını, eləcə də milli kimlik şüurunu gücləndirməkdir.

Proqram çərçivəsində GDU-da “Mənəvi dəyərlər” günü təşkil olunub. Müvafiq dövlət qurumlarının nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbər və pedaqoji heyətinin, eləcə də tələbələrin qatıldığı tədbirdə universitetin və Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri mövzuya dair mühazirələrlər çıxış edirlər.

Həftə ərzində Gəncənin zəngin tarixi və dini-mədəni irsinin tanıdılması məqsədilə şəhərdəki tarixi abidələrə və dini məkanlara ekskursiyaların təşkili də nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu ilin 9 ayı ərzində yol-nəqliyyat hadisələrində 500 nəfər ölüb

Bu ilin 9 ayı ərzində yol-nəqliyyat hadisələri zamanı 500 nəfər ölüb, 640 nəfər yaralanıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat...

Bağla