GEN FAŞİZMİ

0

Allah Quranda belə buyurur: “O, dönüb getdikdə (yaxud iş başına keçdikdə) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir” (Bəqərə 205). Əkinlərin xarab olması və nəsillərin pozulmasına xidmət edən bütün insanlar, hər cür sistem və vasitə Allah tərəfindən qadağan olunmuşdur. Bu cür şeytani işlərin qarşısı dərhal alınmalıdır. Əks halda, dünyada fəsad çıxar və bütün bəşəriyyət bundan əziyyət çəkər.

Son dövrlərdə bəzi fəsadçılar bitki, heyvan və hətta insanların genləri ilə oynamağa və onu dəyişdirməyə başladılar. Bunu edənlər bəşəriyyət düşmənləridir. Min bir cür yollarla genlərə təsir göstərərək, genlərin əslini pozaraq ona fərqli şəkil və tərkib verməyə çalışanların sözdə “yaxşı niyyətləri” öz iyrənc nəticələrini bir müddət keçdikdən sonra verəcək, amma o vaxt artıq gec ola bilər. Bu cür cinayətlərin faciəvi nəticələri bir nəfərlə, yaxud bir qrup insanla əlaqəli deyildir. Gen faşizmi yer üzərində yaşaşan hər bir insanı narahat etməlidir. Allahın rəhmətindən əbədiyyən qovularkən şeytanın dediyi “əmr edəcəyəm və insanlar Allahın yaratdıqlarını dəyişdirəcəklər” (Nisa 119) intiqam dolu sözləri unutmayaq.

Genetikası dəyişdirilmiş bitkilər, meyvə və tərəvəzlər, həmçinin heyvanlar, o cümlədən süni ət və süt kimi bir çox qida növləri ilə insanlar getdikcə “süni insan” halına gətirilir. Bundan başqa insanların robotlaşdırılması (kiborq insan layihəsi), beyinlərinə edilən müdaxilələr, insan geninə bir başa müdaxilə ilə cinsiyyətə və bir sıra başqa saf bəşəri vəsiflərə müdaxilələrlə öz məkirli hədəflərinə çatmaq istəyənlərə fürsət verilməməlidir. Doğru bilik, faydalı elm, gözəl niyyət, saleh əməllərlə dünyada yaxşılığı əmr edib, pislikdən çəkindirməklə dünyamızın düzəlməsinə və bəşəriyyətin xeyrinə olan işləri çoxaldaraq yer üzərində sülhü, əminamanlığı, xoşbəxtliyi yaymağa çalışaq. Fəsadı və pisliyi dayandırmağın və yox etməyin ən birinci çarəsi yaxşılığı yaymaqdır. Günəş çıxarkən qaranlığın getdiyi kimi, yaxşılıq gəldiyi vaxt da pislik gedər.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURAN OXUYAN PİLOT SOSİAL ŞƏBƏKƏDƏ PAYLAŞIM REKORDU QIRIR – VİDEO

Təyyarədə uçuş vaxtı pilotun Qurani-Kərimdən ayələr oxumasını əks etdirən video paylaşılıb. Pakistanlı olduğu güman edilən pilot Zuxruf surəsinin 13 və...

Bağla