“Geosiyasi toqquşmalar, iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyini təhdid edir”

0

Hazırda geosiyasi, iqtisadi, etnik, dini və irqi zəmində toqquşmalar, artan iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyini təhdid edir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün bu problemlər başlıca olaraq ilahi düzənin pozulmasından, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasından qaynaqlanır.

QMİ sədri Azərbaycanın da hərbi cinayətlərə, insan qırğınına, soyqırımına məruz qalmış ölkə olduğunu söyləyib:

“Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik və bu gün azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, müsəlman, xristian və digər dinlərə aid məbədlərə yeni həyat verir, mədəni-mənəvi irsimizi dirçəldir, şəhərlərimizi yenidən inşa edir, regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik”.

Xatırladaq ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığ ilə keçirilən XXIX Avrasiya İqtisadi Zirvəsində 48 ölkədən 400-ə yaxın nümayəndə iştirak edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında konsulluq məsləhətləşmələri keçirilib

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər...

Bağla