GÖZLƏNİLƏN HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR ƏHALİYƏ MÜRACİƏT EDİLİB

0

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 3-ü axşamdan 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, küləyin arabir güclənəcəyi gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HÜDAİ VƏQFİNİN QANADA TİKDİRDİYİ MƏSCİD KOMPLEKSİ İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə fəaliyyət göstərən “Əziz Mahmud Hüdai” vəqfi Afrikanın Qana ölkəsində xidmətlərini davam etdirir. Vəqf, bu çərçivədə Qananın Tamale şəhərində müsəlmanların...

Bağla