GÜRCÜSTAN AZƏRBAYCANLILARI AZƏRBAYCANDA DİNİ TƏHSİL ALA BİLƏCƏKLƏR

0

“Gürcüstanın azərbaycanlı vətəndaşları Azərbaycanda dini təhsil ala biləcəklər”.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Saqareco rayonunda Azərbaycan icmasının nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini təhsil Gürcüstan azərbaycanlıları üçün ayrılması nəzərdə tutulan kvota çərçivəsində mümkün olacaq.

Dövlət Komitəsinin sədri deyib ki, Gürcüstanda qeyri-ənənəvi dinlər geniş yayılıb: “Gürcüstanın müsəlman din xadimləri Azərbaycanda təhsil alsalar, bu cür dini cərəyanların qarşısı alına bilər”. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Avstriyada yaşayan müsəlmanlara qarşı 540 irqçi aksiyanın qeydə alınıb

2018-ci ildə Avstriyada müsəlmanlara qarşı irqçi aksiyalarının sayı ciddi şəkildə artıb. Bu barədə məlumat İslam Düşmənçiliyinə qarşı Sənədləşdirmə və Məsləhət...

Bağla