GÜRCÜSTAN MÜSƏLMANLARI İDARƏSİ ALLAHI VƏ PEYĞƏMBƏRİ TƏHQİR EDƏN KANAL RƏHBƏRİNDƏN ÜZR İSTƏMƏYİ TƏLƏB EDİB.

0

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi və Ruhanilər Heyəti “Mtavari” televiziya kanalının baş direktoru Nika Qvramiyanın efirdə səsləndirdiyi sözlərlə bağlı bəyanat yayıb.

“Report”un yerli bürosu xəbər verir ki, sənəddə baş direktorun Allah və Onun Rəsulu Məhəmməd Peyğəmbər haqqında yersiz müqayisəsi hiddətlə qınanıb.

GMİ N.Qvaramiyanı müsəlman icmasından üzr istəməyə çağırıb.

“Çünki bütün peyğəmbərlər haqqında müqayisəli şəkildə olsa da belə, onların şəxsiyyətinə aid edilən xoşagəlməz bənzətmələr birmənalı olaraq yolverilməzdir. Onu da qeyd edək ki, N.Qvaramiyanın bu müqayisəsində Allah və İslam Peyğəmbəri sanki qorxulu bir varlıq kimi də anlaşılmaqdadır. Buna görə insanları hər zaman bütün İlahi Peyğəmbərlər haqqında söz və ifadələrində diqqətli olub, sayğılı davranmağı tövsiyə edirik”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, N.Qvaramiya Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin siyasətdən getməsi barədə açıq məktubunu şərh edərkən özünün sözlərinə görə, yarızaraftla deyib ki, orada praktiki olaraq Saakaşvilinin Allah, Qvaramiyanın isə onun rəsulu Məhəmməd olduğu yazılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“MİNSK QRUPUNUN 30 İLDƏ EDƏ BİLMƏDİYINİ 44 GÜNDƏ GERÇƏKLƏŞDİRDİK”

“Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik”. Bunu Türkiyə...

Bağla