Bayram qulun ictimailəşməsidir, yəni qardaşlığın ən yuxarı səviyyədə yaşanmasıdır.
Bayram, Allahın rizasını əldə etmək günləridir. Xüsusilə Peyğəmbərimiz (SAV) buyurur ki, bayram axşamlarına çox əhəmiyyət verin.
Bayram bir qardaşlığın mükafatıdır.
Bayram, yanıq ürəklərə cənnət sevinci bəxş edən ilahi bir ziyafətdir. Həmin gün yoxsulu qəribi ziyarət edəcəksin, o da hüzurlu olacaq, sən də.
Bayram, insanlıq cövhərinin ortaya qoyulmasıdır. Yəni qardaşlığın məhşəri vicdanda yaşanmasıdır, könül dünyasında yaşanmasıdır, bir ürək səfərbərliyidir.
Biz tələbə olanda Nəcib Fazil Kısakürəyin “Böyük Doğu” dərgisi çıxırdı. Bir bayram günü mərhum Nəcib Fazil belə yazmışdı: “Dəlini ağıllandıracaq, izdırab işində olanı sevindirəcək həqiqi bayram hansı ruhani həmləyə möhtacdır?”
İndi biz də belə deyək: “Qafili ağıllandıracaq, izdırab işində olanı sevindirəcək həqiqi bayram hansı ruhani həmləyə möhtacdır?”
Bayram, Yaradandan ötrü bütün müsəlmanlara sevgi, şəfqət və yardım göstərməkdir.
Bayram ancaq hüznlülərin, ürəyi sınıqların könlünü almaqla yaşana bilər.
Həqiqi bayram, Allah-Təalanı razı edəcək əməllərdə gizlənmişdir.