HƏCC ZİYARƏTİ ÜÇÜN SABAH SƏNƏD QƏBULU BAŞLAYIR

0

Qafqaz Müsəlmanları İdarəsi bu il Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri təyin edib.

Builki ziyarət Azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir.

Həcc ziyarətinə getmək üçün aşağıdakı sənədlər tələb edilir:

  1. Xarici pasport;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
  4. Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Sənədlərin qəbulu 17 mart tarixindən başlanacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Çavuşoğlu: “Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”

“Azərbaycandan Türkiyəyə təqaüdünü göndərən yaşlı babamızı unutmamışıq”. “Anadolu” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən...

Bağla