HƏR AY 10 MİN YAPON “TOKİO MƏSCİDİ”Nİ ZİYARƏT EDİR

0

Yaponiyada hər ay təqribən 10 min yapon, paytaxt Tokioda olan Türkiyə Diyanət vəqfinə aid “Tokio məscidi”ni ziyarət edir.   

Bu barədə “Tokio məscidi və Diyanet Türk Mədəniyyət Mərkəzi”nin sədri Muhamməd Raşid Alas məlumat verib.

Alas bildirib ki, İslam dinini araşdıran və Türkiyə seriallarını izləyən yaponlar səbəbindən Tokio məscidi metropolisin ən məşhur yerlərindən birinə çevrilib.

“İnsanların məscidə qarşı maraqlarını nəzərə alaraq şənbə-bazar, həmçinin rəsmi tətil günləri Tokio məscidinə xüsusi turlar təşkil edirik. Bu turların da təsiri ilə hər ay təqribən 10 min yapon Tokio məscidini ziyarət edir. Bir çox yapon da, “Türkiyəyə getmədən görülməli Türkiyə” – kimi adımızı internetdə ön plana çıxarıb.” – deyə Alas bildirib.

Sədr, məscidi ziyarət edən yaponların əsasən caamatala namaz qılınmağını izlədiyini və İslam dini barədə məlumat aldığını deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İKİ İL ƏRZİNDƏ TANK İSTEHSALINA BAŞLAYACAQ

Türkiyə iki il ərzində "Altay" əsas döyüş tankının kütləvi istehsalına başlayacaq. Bu barədə "CNN Türk" məlumat yayıb. 65 tonluq tanklar...

Bağla