HƏR GÜN 2-3 NƏFƏR AYASOFİYA MƏSCİDİNDƏ MÜSƏLMAN OLUR

0

“Hər gün 2-3 nəfər Ayasofiya məscidində Kəlimeyi-Şəhadət gətirərək İslam dinini qəbul edir.”

Bunu Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məscidinin din xadimi Ferruh Muştuer deyib.

Ayasofiya məscidində amerikalı bir qızın İslam dinini qəbul etməsini Ferruh Muştuer belə danışır:

“Amerikalı 17-18 yaşlı bir qız İslamı qəbul etmək üçün Ayasofiya məscidinə gəldi. Biz ondan müsəlman olmasının səbəblərini soruşduq. Katolik ata-ananın övladı olan bu bacımız İslam dinini araşdıraraq müsəlman olmağa qərar verib. Amma deyib ki, `Mən Ayasofiyada müsəlman olacağam. Bir vaxtlar Ayasofiya da xristian idi, sonra müsəlman oldu. Mən də bu yaşıma qədər xristian idim, indi müsəlman oluram. Ona görə də Ayasofiyaya gəldim.` Ayasofiya bu və oxşar hadisələrin baş verdiyi yerdir.” – deyə Muştuer bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TOVUZ RAYONU İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz...

Bağla