HƏYAT DAŞLARI

0

Bir insanın əxlaqı onun şəxsiyyətinin təzahürüdür, davranışlar da insan əxlaqının meyvələri kimidir. Davranışlar vərdişlər halında gündəlik təkrarlandıqda insan bu davranışları mənimsədiyi üçün avtomatik şəkildə onun həyatına daxil olur. İnsan hiss etməsə də, bu davranışlar ondan zahir olur. İnsanın duyğu orqanları ətraf aləmdən aldıqları məlumatları analiz edir, sonra bu məlumatların bəziləri insanın iradəsi xaricində mənimsənilir. Mənimsənmiş bu çür məlumatlar insan həyatında lazım olan məqamda istifadə edilir. Məsələn, insan bir yerdən keçərkən bir köpək səsi eşidir və qorxaraq dərhal bu yerdən uzaqlaşır. Niyə görə uzaqlaşdığını aydınlaşdırsaq görərik ki, insanlar köpəklərin təhlükə potensialı daşıdıqlarına inanır. Bu inanma hər zaman təcrübə ilə qazanılmış olmasa da belədir. Bir insanı it tutmasa da, itlərin təhlükəli olduğunu bir dəfə belə eşitməsi, yaxud oxuyaraq bilməsi itdən qorxması üçün kifayət edir. Əhəmiyyətli olan məsələ bu məlumatın insan zehnində -istiyərək, yaxud istəməyərək- yerləşməsidir. İndi isə bir uşaq düşünək, bu uşağın yanında hər zaman siqaret çəkilir, hətta bu uşaq siqaret dumanı ilə gündə bir neçə dəfə nəfəs alır. Bu uşaq qeyri-ixtiyari siqaret çəkmə davranışını mənimsəyir, daha sonra da tətbiq etmək üçün fürsət axtarır. Uzun müddət siqaret çəkən insanın bu davranışı get-gedə onun həyat binasında çürük “həyat daşları” halına gəlir. Görəsən həyat binamızda buna bənzər həyat daşları çoxdurmu? Deyərdim ki, bir çox davranışımızın təməlində elə məhz bu cür iyrənc həyat daşları vardır. Gəlin məsələni biraz da açaq. Belə ki, “altda qalıb əzilmə”, “ağzının payını ver”, “çalış ilk gündən gözünün yağını ye”, “əşi, üç günlük dünyadı kef elə”, “zəmanə pisdi də, mən neyliyim”, “əlindəki vəzifəni (kreslonu) vermə”, “onlarla heç bir süfrədə uturmaram”, “sənə halal olsun bu telefonu necə oğurladın” “sən bilirsən mən kiməm?”, “sənin başına elə oyun açaram ki…”, “hörmət elə biraz, buraxım?”, “bunlar xaricdən gəlib, onları tərlətmək (soymaq) lazımdır”, “sabah səkkiz martdı (yaxud müəllimlər günüdü) bahalı nə alım görəsən”, “sənə söyüş söyənin ağzını dağıt”, “ -ata qonşunu toyuğu həyətə girib eee. – səs eləmə oğlum, tut kəsək”, “oğlum burax mollalığı, nə tutubsan bu namazdan get əlinə kitap al”, “sən başını bağlama qızım, sonra alan olmaz səni, niyə çadraya bürünüb özünü cəmiyyətdən uzaqlaşdırırsan axı”, “özünü as/öldür qurtul bu dünyadan” kimi məntiqləşmiş mentalitetlerin hamısı əslində hayat binasına qoyulmuş bombalara bənzəyir. Hər fürsətdə patlaya bilər və bütün cəmiyyət bundan zərər görər. Odur ki, həm özümüzün, həm də övladlarımızın həyat binasını inşa edərkən ora qoyduğumuz hər bir daşa fikir verməliyik.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMAN KİNO ULDUZU SOSİAL ŞƏBƏKƏ HESABLARINI BAĞLADI

Hindistanlı müsəlman kino ulduzu, tanınmış aktyor və prodüsser Amir Xan sosial şəbəkədəki şəxsi hesablarını bağlayıb. Bu barədə martın 15-də qərar...

Bağla