HACI ŞAHİN VƏFAT ETDİ

0

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib: “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bu gün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Şahin səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. O, bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri Yuta senatının prezidentini Azərbaycana səfərə dəvət edib

Xəbər verildiyi kimi, fevral ayanın 28-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyəti ABŞ-nin Yuta...

Bağla