Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
Türkiyə XİN-də baş tutan görüşdə ölkələr arasında əməkdaşlıq və regional məsələlərin müzakirə olunduğu bildirilib.



